Amalya Pənahovanı teatrdan incik saldılar -

ARB TV-nin efirində yayımlanan “Səhər-səhər” verilişində Azərbaycan Respublikasının xalq artisti, mərhum aktrisa Amalya Pənahovanın həyat və yaradıcılığı müzakirə olunub.

Metbuat.az xəbər verir ki, mərhum sənətkarla bağlı xatirələrini danışan xalq artisti Əli Nur onun teatrdan küskün olduğunu dilə gətirib:

Amalya Pənahova gözəl sənətkar olmaqla yanaşı, həm də gözəl dost, yoldaş-tərəf müqabili idi. Amma Amalya xanım teatrdan incik düşdü. Bilirsiniz, bir teatra rəhbər gələndə gərək ədalətdli olsun, rolları ədalətlə bölsün. Bəzən teatr rəhbərləri təzə gələndə başlayırlar kimləsə intriqa-düşmənçilik aparmağa, kimdənsə qisas almağa. Amalya xanımın incik düşməsi mənim gözlərimin qarşısında baş verdi”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı