İŞİD terror təşkilatının İraqdakı lideri Muataz əl-Cjaburi öldürülüb.

Metbuat.az İraqın INA agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın Antiterror Xidməti məlumat yayıb.

Bildirilib ki, Muataz əl-Cjaburi antiterror əməliyyatı zamanı zərərsizləşdirilib.