Azərbaycanda bu kənddə 9 nəfər koronavirusa yoluxdu, iki qardaş öldü -

İsmayıllı rayonunun Quşencə kəndində koronavirusa yoluxan iki qardaş dünyasını dəyişib.

Metbuat.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, həmin kənddən daha 9 nəfərdə də virus aşkarlandığı üçün ərazi nəzarət altına alınıb.

Virusun yayılmasının qarşısını almaq üçün kənd sakinlərindən testlər götürülür.

Kəndin icra nümayəndəsi Yaşar Şirəliyev bildirib ki, bir neçə gün əvvəl koronavirusdan ölən iki nəfər dəfn edilib. Yoluxan 9 nəfərdən isə 8-i Ağdaş Rayon Mərkəzi Xəstəxanasında, bir nəfər isə Qobustan xəstəxanasında müalicəyə göndərilib.

İsmayıllı rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Quşencə kəndi nəzarətdə saxlanılır. Kənd sakinlərindən testlər götürülüb.

Kənd sakinlərinə tibbi maskada gəzmək, sosial məsafə gözləmək tapşırılıb. Götürülən digər testlərin nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR