Azərbaycan Qran-prisinin ləğv səbəbi

"Formula 1"in rəsmi saytı Azərbaycan, Sinqapur və Yaponiya Qran-prilərinin ləğvinin səbəbini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu addımın promouterlərin sözügedən ölkələrdə üzləşdiyi müxtəlif problemlərlə əlaqədar atıldığı bildirilib.

Qeyd olunub ki, Sinqapur və Azərbaycanda küçə traslarının qurulması uzun müddət tələb edir. Bu da qeyri-müəyyənlik dövründə tədbirlərin keçirilməsinə imkan vermir. Yaponiyada isə səyahət məhdudiyyətləri yarışın davam etdirilməməsi qərarına səbəb olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli olsa da, qeyri-müəyyən müddətədək təxirə salınmışdı. Bu gün isə yarışın ləğv olunduğu açıqlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR