"Millionaire Concept"in Bakıdan sonra ikinci beynəlxalq büyük qalası Londonda keçiriləcək - FOTOLAR

Diqqət mərkəzində olan "Millionaire Concept" Şəbəkəsinin Avropanın bir neçə ölkəsində ofisi açılıb. Bu ölkələr arasında Böyük Britaniya, Fransa, Çexiya, Türkiyə, Rusiya, LatviyaUkrayna yer alıb. Bu o deməkdir ki, keçən il paytaxtımızda böyük səs-küyə səbəb olan "Millionaire Concept" layihəsi adıçəkilən ölkələrdə də təşkil ediləcək. "Millionaire Concept"in Bakıdan sonra ikinci beynəlxalq böyük qalası Londonda keçiriləcək.

Metbuat.az xəbər verir ki, layihə 2019-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində qurulmuş biznes markasıdır. Marka Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPromo) tərəfindən rəsmi dəstəklənir. Tədbirin təşkil olunmasında əsas məqsəd Azərbaycan sahibkarlarına dəstək olmaq, milli brendləri tanıtmaq və turizm sahəsini daha da inkişaf etdirməkdir. Layihənin ideya müəllifi Aqil Məmiyevin sözlərinə əsasən, paytaxtımız üçün maraqlı və faydalı hesab olunan belə tədbirlərin il ərzində bir neçə dəfə keçirilməsi planlaşdırılır.

"Millionaire Concept"ə sahibkarlar və brendlər üzv ola bilir. Üzvlük bir neçə formada olur: Gümüş, Qızıl, Platinum və Fəxri üzvlük. Yalnız Qızıl və daha yuxarı seqmentə aid olan üzvlər möhtəşəm mükafat gecəsində mükafatla təltif olunur. Üzvlərlə yanaşı layihədə Ambassador status da mövcuddur. Bu şəxslər layihənin əsas siması hesab olunurlar. Onlar arasında əsasən yerli və xarici məşhurlar yer alır.

Xatırladaq ki, layihənin ilk qala gecəsi "Millionaire Estate Baku" adı altında ötən ilin 28-30 sentyabr tarixlərində, paytaxtımızda baş tutub. Qırmızı xalıda Ivana Sert, Farah Abdelaziz, Nadine Abdelaziz, Alice Abdelaziz, Faiq Ağayev, Zamiq Hüseynov və digər məşhur simalar layihənin marka elçiləri sırasında yer alıb. Marka səfirləri və qızıl üzvlər mükafatla təltif olunub. "Millionaire Concept" sahibkarlar üçün təkcə uğurlu biznes layihəsi deyil, həmçinin nüfuz və yüksək status sayılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR