Çimərliyə İCAZƏ ilə getmək mümkün olacaq -

Çimərliklərlə bağlı elektron növbə sistemi Bakı Şəhər İcra Hakimiyyəti ilə ASAN Xidmətin “Elektron Hökumətin İnkişafı Mərkəzi” tərəfindən hazırlanır.

Metbuat.az xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev bildirib ki, çimərliklərə icazə yerlərin sayına uyğun veriləcək: “Bildiyiniz kimi, ASAN xidmətdən əvvəlcədən elektron növbə götürməklə istifadə etmək olur. Eyni prinsiplə çimərliklər üçün növbə sistemi hazırlanır. Bu sistem imkan verəcək ki, çimərliyin qəbul edə biləcəyi həddə insanlara növbə verilsin. Əgər növbə dolubsa, sistem icazə verməyək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR