.

“Eurovision” yarışmasının 2021-ci ildə keçiriləcəyi tarixlər açıqlanıb

“Eurovision” musiqi yarışmasının 2021-ci ildə keçiriləcəyi tarixlər açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat yerləşdirilib.

Beləliklə, gələn il Rotterdamda baş tutacaq mahnı müsabiqəsinin yarımfinalları mayın 18 və 20-də, finalı isə mayın 22-də keçiriləcək.

Qaydaya görə, builki mahnılar 2021-ci ildə təqdim olunmayacaq. Müsabiqəyə gedəcək ifaçının kimliyinə yayımçı özü qərar verəcək.

Xatırladaq ki, mart ayında müsabiqənin təşkilatçıları Niderlandda keçirilməsi nəzərdə tutulan yarışmanın koronavirus pandemiyası səbəbindən ləğv olunduğunu elan edib. Mayın 16-da isə müxtəlif ölkələrinin ifaçılarının iştirakı ilə “Europe Shine a Light” adlı musiqi şousu keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR