Ölkədə koronavirusa yoluxma sayı 10 mini keçdi

Azərbaycanda bu günə qədər koronavirusa yoluxanların və infeksiyadan sağalanların sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, indiyədək ölkədə ümumilikdə 10324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 5739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib, 4463 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR