Xüsusi karantin rejimi bağ və həyət evlərinin qiymətinə təsir edib -

Son günlər sərt karantin rejiminin tətbiqi həyət və bağ evlərinin satış və kirayə qiymətlərində artıma səbəb olub.

Bu barədə Metbuat.az-a müsahibəsində əmlak eksperti Elnur Fərzəliyev bildirdi ki, həyət və bağ evlərinin satış, aylıq və günlük kirayə qiymətləri tələbat çox olduğundan əvvəlki illərə nisbətən 30 faizə qədər artıb.Onun sözlərinə görə pandemiyada əvvəl kirayə mənzil bazarında bina evlərinə təlabat daha yüksək idi:

“Bunu əslində yüksək kimi də qiymətləndirmək olmaz. Bina evlərində kirayə mənzilərin qiyməti dolların kursu kimidir. Maksimum 50 manat enə və ya qalxa bilər. Maraqlıdır ki, həmişə bina evlərinə maraq çox olub. Kirayə ev axtaranlar rahatlığı üçün bina evlərinə üstünlük verib daim. Pandemiya isə vəziyyəti dəyişib.

Həyət evlərinin isə qiymətləri bir-birindən kəskin fərlənir. 100 manata da həyət evi tapmaq mümkündür, 500dən - 7min manata qədər...

Ekspertin sözlərinə görə pandemiyadan əvvəl kirayə evlərin qiyməti evin yerləşdiyi əraziyə, genişliyinə, təmir və əşyalarına görə dəyişirdi. İndi isə həyət evi olması, həyətyanı ərazisinin geniş olması əsas üstünlük verilən məqamdır.

“Qiyməti də məhz yüksəldən həyətyanı ərazidir. İndi hamı şəhərdən kənar yerlərdə ev axtarır. Çünki temperatur yüksəlir və bu pandemiya günlərində şəhərdə qalmaq daha da çətinləşir. Vəziyyətin nə vaxta qədər belə davam edəcəyi məlum olmadığı üçün hər kəs indidən həyət evi kirayələyir”.

E.Fərzəliyevin sözlərinə görə, yay boyunca həyət və bağ evlərinin qiyməti artmaqda davam edəcək:

“Sərhədlər bağlı olduğundan xaricə və hətta bölgələrə də getmək mümkün olmadığı üçün bu yay gözlənilir ki, dənizkənarı bağ evlərinə maraq artsın. Həmişəkindən fərqli olaraq bu il bağ evlərinin qiyməti artıq martdan etibarən artıb. Əvvəlki illərdə may ayında qiymət yüksəlirdi və dayanırdı. Bu il isə artmaqda davam edir. Kirayə bağ evi problemi yaşana bilər. Çünki bağ evləri üçün müraciət edənlər həddən artıq çoxdur. Bu vəziyyət pandemiya sona çatana qədər davam edəcək”.

Ekspert vurğuladı ki, bugün bağ evlərində tələbatın və qiymət artımın qarşısının alınması üçün rayona getmək istəyənlərə şərait yaradılmalıdır.

"Şəhər boş olarsa qiymətlərdə də enmələr olar. Rayon qeydiyyatı olan, ya da rayonda evi olan insanları bu hüquqdan məhrum etmək düzgün sayılmazdı.Çünki bütün insanların istirahət etmək hüququ var. Bu həm də rayonların iqtisadi vəziyyətinə də müsbət təsir edə bilər.''

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR