Aytən Mirzoyeva "Millionaire Concept"in

Böyük populyarlıq qazanan "Millionaire Concept Baku" bir müddətdir ki, İnstaqram sosial şəbəkəsi üzərindən "Here We Are" adlı layihəsinə başlayıb.

Metbuat.az xəbər verir ki, "Live talking" formatında keçirilən bu layihədə “Millionaire Concept Network”-in üzvləri və səfirləri qonaq olurlar. Layihənin rəhbəri Aqil Məmiyevin canlı yayımının bu dəfəki qonağı isə hal-hazırda ABŞ-da yaşayan, Azərbaycan əsilli iş xanımı, "Vasconi Architectes" Beynəlxalq şirkətinin Vitse-Prezdenti Aytən Mirzoyeva olub.

İzləyiciləri salamlayan Aytən xanım Aqil Məmiyevin ona ünvanladığı suallara cavab verib. Millionaire Concept 2020-ci il marka səfiri seçilməyi haqqında danışan Aytən xanım bu layihənin bir parçası olmasından məmnunluğunu ifadə edib.

Qonaq əvvəlcə "Vasconi Architectes" haqqında danışdı və bildirdi ki, qədim köklərə malik olan və əsrarəngiz memarlıq nümunələri həyata keçirən bu şirkətin böyük tarixi var. Beynəlxalq səviyyəli işlər görən sözügedən kompaniyanın ofisləri Paris, Honq-Konq, Bakı və ABŞ-ın Mayami şəhərində fəaliyyət göstərir. Aytən Mirzoyeva həmçinin bildirdi ki, şirkət sağlamlıq və otel sektorunda aktiv iştirak edərək böyük layihələrə imza atır. Hazırda isə şirkətin kollektivi Nyu-Yorkda İspaniya brendinə aid olan otelinin binasının layihəsi üzərində çalışır. Təbii ki, bütün bu görülən işlər bacarıq və əziyyət tələb edir. Söhbət zamanı Aytən xanım bu illər ərzində qazandığı uğurların sirrini də bölüşüb. Onun sözlərinə görə, uğurun formulası sadədir: təhsil, bilik, düzgün kouçlarla məsləhətlər və lazımlı əlaqələrin qurulmasıdır. Daha sonra "Vasconi Architects" şirkətinin rəsmisi Hon Konqda şəkər xəstəliyindən əziyyət çəkən uşaqların müalicələri istiqamətində təşkil olunan humanitar layihələrdə iştirak etməsindən danışdı və qeyd etdi ki, növbəti illərdə də belə layihər çox olacaq. Canlı yayımın sonunda Aytən Mirzoyeva 100 qadın sahibkar siyahısında yer almasından və Kral ailəsi tərəfindən Bukinqem Sarayına dəvətindən söhbət açdı. Həmin gözəl hadisə Aytən xanımın həyatında xoş xatirə kimi yadda qalıb.

Qeyd edək ki, "Live talking" qarşıdakı günlərdə də öz izləyicilərini maraqlı qonaqlarla sevindirəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR