“Kişi qadınla intim üçün görüşəcəksə, mən ona xəyanət kimi baxmıram..." -

Müğənni Nura Suri müzakirələrə səbəb olacaq açıqlama verib.

Metbuat.az xəbər verir ki, sənətçi “Ulduzun vaxtı” proqramında qonaq olarkən xəyanət mövzusuna toxunub.

Nura qeyd edib ki, kişi təkcə cinsi istəklərini ödəmək üçün başqasıyla görüşürsə, bu, xəyanət sayılmır :

“Kişi seks üçün görüşəcəksə, mən ona xəyanət kimi baxmıram. Xəyanət tam başqa bir şeydir. Əgər həyat yoldaşım gedib kiminləsə münasibətdə olub evə qayıtmayacaqsa, xəyanət budur. Əgər evinə qayıdırsa, hətta mən hiss etsəm də, üzünə vurmaram. Özümü onun getdiyi qadının səviyyəsinə salmaram, söhbəti böyütmərəm. Görməzlikdən gəlsəm, həmişə içində mənə qarşı sevgisi və hörməti olacaq.

O qadın ki, başlayacaq kişinin beynini yeməyə, onda içində rahatlıq yaranacaq ki, əcəb elədim. Kişilər fərqlidir. 3 oğul böyütmüşəm deyə belə rahat danışa bilirəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR