Koronavirusun Azərbaycanda sürətlə yayılmasının əsl səbəbi

"Covid-19"un Azərbaycanda sürətlə yayılmasının əsl səbəbi virusun mutasiyaya uğramasıdır".

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov səsləndirib.

"ATV aktual” proqramının qonağı olan millət vəkili bildirib ki, yoluxma və ölüm sayının sürətlə artmasının səbəbi məhz koronavirusun mutasiyaya uğramasıdır:

"Düşünülür ki, eləcə də xarici ekspertlərin də rəyində ehtimal olunur ki, Azərbaycanda bu virus ştamp dəyişikliyinə gedib və bu mutasiya nəticəsində sadəcə yoluxmanın sürətlə çoxalması deyil, həm də yoluxan xəstələr içərisində ağ ciyər zədələnməsinin artması reallığı ilə üz-üzə qalmışıq. Əvvəlki dövrlərlə müqayisədə yoluxanlar arasında ağ ciyər zədələnməsi miqdarı, dərəcəsi və şiddətinə baxdığımız zaman bu gün xəstəxanamızda yatan xəstələr əvvəlki xəstələrə nisbətən daha ağırdır və sayları çoxdur. Əlbəttə ki, bu amillər bu gün bizim çətin vəziyyətdə olmağımıza səbəbdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR