Azərbaycanda dəhşətli qətl:

Ucar sakini öldürülüb.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdlü Bayram Ata oğlu Abbasov baş nahiyəsindən aldığı ağır xəsarətlə (balta və ya küt alətlə yetirilməyə xarakterik xəsarət) Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, B.Abbasov qohumları tərəfindən öldürülüb.

Faktla bağlı mərhumun qardaşının övladları Asif və Vasif Abbasovlar şübhəli şəxs qismində saxlanılıblar.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR