''Kupçasız'' evlərə qeydiyyat problemi -

Azərbaycan vətəndaşıları ölkənin istənilən ərazisində qeydiyyata düşmədən istədikləri qədər yaşaya bilərlər. Ancaq bu gün qeydiyyata düşmək məsələsi o qədər qəliz prosesə çevrilib ki, daimi yaşayış yerini dəyişən şəxslər belə bu prosesdən keçməmək üçün, yaşayış yerlərini dəyişdirmək istəmirlər. Bu gün Bakıda 10 ildən artıq yaşayan minlərlə ailə var ki, hələ də bu şəhərdə qeydiyyata düşə bilməyiblər.

Metbuat.az xəbər verir ki, məsələnin digər bir tərəfi isə hazırda övladını birinci sinifə qəbul olunmaq üçün sənəd hazırlayan valideynləri narahat edir. Belə ki, hər ilin avqust ayında orta məktəblərin birinci siniflərinə şagird qəbulu ücün sənəd hazırlayan valideyinlər qeydiyyat məsələsi ilə əlaqədar olaraq ciddi problemlərlə üzləşirlər. Tələb olunan sənədlərdən biridə şagirdin sənəd verdiyi məktəbə yaxın bir ünvanda qeydiyyatda olmasını təsdiq etməlidir.

Məsələyə münasibət bildirən əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, hazırda bu problem ilə üzləşənlərin sayı çoxdur.


''Məlumdur ki, Bakı və Abşeron ərazilərində yüz minlərlə çıxarışsız evlər mövcuddur. Çıxarışın olmaması səbəbindən vətəndaşların öz evlərinə qeydiyyata düşməsi müşkül bir məsələyə çevrilib. Vətəndaş öz cıxarışsız mənzilinə qeydiyyata düşmək ücün ya məhkəməyə müraciət etməli və yaxud da hansısa bir qeyri qanuni sayılan əmələ əl atmalıdır. Qanunla ünvana qeydiyyata düşmə anlayışı həmin mülkə sahib olmaq demək deyil. Yəni vətəndaşın bir ünvanda qeydiyyatının olması onun o mülk üzərində mülkiyyət hüququna sahib ola bilməsi deyil. Bu gün tək Bakı və Abşeronda qeydiyyatda olmadan milyondan artıq insan yaşayır. ''

Bəs bu gün yaşadığı ünvanda qeydiyyatsız yaşayan vətəndaşlara çatımlılıq hansı formadadır ? Onlara gələn məktub, məhkəmə çagırışları, seçkilər zamanı səs vermə və digər sənədlərin çatımlılıgı hansı formada aparılır?

Ekspert bildirdi ki, yaşadığı ünvana qeydiyyat həmin insana dövlət tərəfindən bir müddət yaşama niyyətində oldugu ünvanda olduğunu müəyyənləşdirən bir amildir. Tutaq ki bir əsgərlərin qeydiyyat ünvanı xidməti dövrdə xidmət etdiyi hərbi hissə olur. Yəni o əsgərin adına gələn məktub və digər sənədlər onun yaşadıgı evə deyil, onun xidmət etdiyi ünvana gəlir. Çünki məlumdur ki xidmət dövründə həmin əsgər xidməti bitənə qədər həmin ünvanda olmalıdır.



''Bu məsələ uzun illər böyük problem olaraq qalsada ötən il cənab Prezident İlham Əliyevin tapşırığı əsasında 400 yeni tikili çoxmənzilli binalara çıxarışların verilməsi məsələsi öz həllini tapdı. Və bununla da minlərlə insanın həm çıxarış həmdə qeydiyyat problemi öz həllini tapdı. Cənab Prezidentin hər kəsin arzusunda olduğu növbəti tapşırıgı isə sənədsiz həyət evlərinə əmlak amnisitiyası verilərək onların çıxarışlarla təmin olunması oldu. Çıxarışı olmayan çoxmənzilli yeni tikili binalara çıxarışların verilməsi qıza zaman ərzində baş versədə koronovirus pandemiyası səbəbindən fərdi həyət evlərinə çıxarışların verilməsi xeyli vaxt yubandı. Əsas məsələ isə ondan ibarətdir ki bu cür halların gələcəkdə də baş verməməsi ücün sənədləşmə məsələlərinə ciddi dəyişikliklər olunmalı və bütün prosudur qaydaları sadələşməlidir. O zaman nə aministiyaya ehtiyac qalar nədəki vətəndaşlar bu cür problemlərlə üzləşə bilərlər.''

Mövcud qanunvericiliyə əsasən, qeydiyyat məsələsində heç bir problem olmamalıdır. Hər bir Azərbaycan vətəndaşı ölkə daxilində digər bir ünvanda 60 günə qədər qeydiyyatsız yaşaya bilər. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş isə həmin yerə gəldikdən sonra 7 gün ərzində internet üzərindən DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata düşməlidir. Bu zaman müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Qeydiyyat məcburi olmasa da…vətəndaşların yaşayış yerini dəyişərkən olduqları yerdə qeydiyyata düşməsi çox vacibdir. Əslində «Yaşayış yeri və olduğu yerdə qeydiyyat üzrə Azərbaycan Respublikasının qanunu»na uyğun olaraq qeydiyyata düşmək vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına şərait yaradır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı