Azərbaycanın Əməkdar artisti xadimə işi axtarır -

Gəncə Dövlət Teatrının aparıcı aktrisası, əməkdar artist Kəmalə Məmmədovanın səhhətində problem yaranıb. Aktrisanın kirayə qaldığı evində halı qəfildən pisləşib. O, dərhal təcili tibbi yardıma müraciət edib.

Metbuat.az xəbər verir ki, buna səbəb aktrisanın Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyevlə yaşadığı münaqişə olub.

Məsələ ilə bağlı Kəmalə Məmmədovanın mövqeyini öyrənmək üçün onunla əlaqə saxladıq. Əməkdar artist açıqlamasında koronavirus pandemiyası ilə əlaqədər işsiz qaldığını, buna görə də ikinci bir işdə çalışmaq üçün Sənan Hacıyevə dəfələrlə müraciət etdiyini bildirib.

“Pandemiya dövründə tetrlar bağlandığı üçün bir çox aktrisa kimi mən də işsiz qalmışam. Bu zaman ərzində əlavə gəlir yerim olmadığı üçün bir çox çətinliklərlə üzləşdim, adicə evimin kirayə pulunu ödəyə bilmirəm. Son 4 ayda mən dəfələrlə bu idarəyə işlə təmin olunmağım üçün müraciət etmişəm. Hətta müraciətlərimdə xadimə işi olsa belə, çalışa biləcəyimi bildirməyimə baxmayaraq, bu insan məni 4 aydır aldadır. Hər dəfə tezliklə işlə təmin olunacağımı deyərək mənə yalandan vədlər verib. İki həftə bundan əvvəl isə pandemiya dövründə hər yerdə işə qəbulun dayandırılmasını arqument gətirərək, məndən sentyabrın 1-nə qədər gözləməyimi xahiş etdi. Lakin bu dəfə də Sənan Hacıyev verdiyi sözün üzərində durmayaraq, məni aldatdı”,- deyə, o, qeyd edib.

Söhbət zamanı aktrisa məsələ ilə bağlı Gəncə İcra başçısı Niyaz Bayramovun qəbulunda olduğunu da bildirib.

“Məsələ ilə bağlı bu gün İcra başçının qəbulunda oldum. Onlar mənə tezliklə ikinci bir işlə təmin olunacağımı söz verdilər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR