Müəllim olmaq istəyən 2383 namizəd üçün imtahan keçirilir

Sentyabrın 4-də informatika və texnologiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir.

Təhsil Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, imtahanlarda 2383 namizədin iştirakı nəzərdə tutulub.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR