DİM: Ali məktəblərə qəbul planında kəskin sıçrayışlar edilməməlidir

"2019-cu ildə I qrup üzrə ərizə verənlərin sayı 32122, qəbul planı 15191, II ixtisas qrupu üzrə ərizə verənlərin sayı 18811, qəbul planı 14100, III qrup üzrə ərizə verənlərin sayı 24814, qəbul planı 11260, IV qrup üzrə ərizə verənlərin sayı 6217, qəbul planı 3707, V ixtisas qrupu üzrə ərizə verənlərin sayı 7910, qəbul planı isə 3507 nəfər təşkil edib. Təhlil göstərir ki, 2019-cu ildə ixtisas qrupları üzrə qəbul planı və ərizələrin nisbi çəkiləri arasında qeyri-tarazlıq var".

Metbuat.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.

Ötən il I ixtisas qrupu üzrə ərizə verən abituriyentlər və subbakalavrların sayı 38,54 %, qəbul planı 31,80%; II qrup üzrə ərizə verənlərin sayı 22,57%, qəbul planı 29,52%; III ixtisas qrupu üzrə ərizə verənlərin sayı 29,77%, qəbul planı 23,57%; IV qrup üzrə ərizə verənlərin sayı 7,46%, qəbul planı 23,57%; V ixtisas qrupu üzrə ərizə verənlərin sayı 9,49%, qəbul planı isə 7,34% olub: "Göründüyü kimi, ümumi qəbul planının II ixtisas qrupu üçün ayrılmış hissəsi ərizələrin həmin ixtisas qrupuna düşən hissəsindən böyük, I, III və V ixtisas qruplarında, əksinə, kiçik, IV ixtisas qrupunda isə demək olar ki, eynidir. II qrupda plan yerlərinin çox, ərizələrin sayının nisbətən az olması müsabiqə vəziyyətinə mənfi təsir göstəib. Nəticədə hazırlıq səviyyəsi o qədər də yüksək olmayanlar ali təhsil almaq imkanı əldə ediblər. Bu baxımdan, gələcəkdə ali təhsil müəssisələrinə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalı, qəbul planında kəskin sıçrayışlar edilməməli, perspektivlər müəyyən olunmalı, bir sözlə, uğurlu qəbul planı siyasəti aparılmalıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR