SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, 1 ha sahədə quru ot və kol-kos yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR