.

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə videokonfrans keçiriləcək

Yaxın vaxtlarda Azərbaycan və İran prezidentləri birgə videokonfrans keçirəcəklər.

Metbuat.az report-a istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi mətbuat konfransında bildirib.

O qeyd edib ki, hər iki ölkənin nazirlərinin də iştirak edəcəyi görüşdə geniş spektrli məsələlər, o cümlədən iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələsi müzakirə ediləcək.

Bundan əlavə, S.A.Musəvi Azərbaycan və İranın 30 ortaq layihəsinin olduğunu, onlardan 14-nün yaxın vaxtlarda həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

--> -->