Çindən ŞOK XƏBƏR: Peyvənd hazırlanarkən qəza oldu, minlərlə insan yeni virusa yoluxdu

Çinin Lanshou şəhərində ilk dəfə ötən yay bir dərman firmasının laboratoriyasından yayılan "brusella" virusunun bu günə qədər 3 min 245 nəfərə keçdiyi bildirilib.

Metbuat.az xəbər verir ki, "Pengpai" xəbər agentliyinin verdiyi məluata görə, ilk dəfə 2019-cu ilin 24 iyulunda "brusella" bakteriyasına qarşı peyvənd hazırlayan dərman firmasının labratoriyasında laqeydlik olub və virus ətrafa yayılıb. Qəza ilk baş verdiyində firma işçiləri bunun təhlükəli olmayacağına və çox sayda insana bulaşmayacağına dair məlumat veriblər. Lakin virus yayılıb və şirkət buna görə 8 işçiyə cəza verib. Yoluxanlara isə təzminat ödənilib.

Brusella xəstəliyinin çiy ət və süd vasitəsi ilə yayıldığı bildirilir. Brusella həmçinin qoyun, keçi, donuz və it kimi heyvanlardan insana keçə bilər. Xəstəliyin əlamətləri arasında qızdırma, yorğunluq, tərləmə və qarında ağrılar var.

Mənbə: Haber7


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR