Bakıda ayıq sürücü qəza törədib - FOTO

.

Bakının Nərimanov rayonunda avtomobil aşıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Ayıq sürücü kimi fəaliyyət göstərən Seymur Ağayev idarə etdiyi "Chery" markalı avtomobillə hərəkət edərkən Ziya Bünyadov prospektində sükana nəzarəti itirib.

Nəticədə nəqliyyat vasitəsi aşaraq körpüdəki yolayırıcı betona çırpılıb. Sürücü yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR