Bu gün Xırdalanda yaşayanlar susuz qalacaq

Xırdalanda içməli suyun verilişində məhdudiyyətlər yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar gün ərzində Xırdalan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR