Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat Xidməti idarəsi məlumat yayıb.

Səfər çərçivəsində Xarici İşlər nazirinin Gürcüstanın yüksək səviyyəli rəsmiləri ilə görüşləri keçiriləcək.