"Barselona"nın futbolçusu Luis Suares "Atletiko Madrid"ə transfer edilib.

Metbuat.az xəbər verir ki, bu barədə "Barselona" rəsmi məlumat yayıb. Məlumata görə, "Atletiko Madrid" 33 yaşlı hücumçu üçün Kataloniya klubuna 6 milyon avro ödəyəcək. Məbləğ uruqvaylı futbolçunun oyunundan asılı olaraq, artırıla biləcək.

Qeyd edək ki, Luis Suares 2014-cü ildən "Barselona"da oynayırdı. O, burada ümumilikdə 283 matçda 198 qol vurub.

Mənbə: Ntvspor