Azərbaycanın ən reytinqli "Maşın" realiti-şousunda, nəhayət “Nağıl”ın final mərhələsi davam edir.

ANS PRESS-in məlumatına görə, 17 iştirakçı ilə start götürən 13-cü sürətin final mərhələsində finala meyxanaçı Rəşad Dağlı, müğənnilər Samir Cavadzadə və Xatirə İslamla gəlib çıxa bilib.

Tanınmışların şouda iştirakı onlar haqqında cəmiyyətdə müəyyən qədər müsbət və ya mənfi fikirlər yaradıb. Bəs görəsən paytaxt sakinləri kimin avtomobili qazanmağını istəyir?

Bu sualın cavabını öryənmək üçün “Şou-Biz” verilişi şəhərdə sorğu keçirib. Sorğuda iştirak edən respondentlərin əksəriyyəti finalçılardan Xatirə İslamın və Rəşad Dağlının adını səsləndirib. Xüsusən, qaradərili bir gəncin Rəşad Dağlını dəstəklədiyini deməsi daha çox diqqət çəkib.