İran Ermənistana kömək edir, təcili nota verilməlidir -

"İran Rusiyadan Xəzər dənizi vasitəsilə gəmilərlə Ermənistana göndərilən hərbi texnika və silahların tranzit rolunu oynayır."

Bu açıqlamanı Metbuat.az-a Politoloq Məhəmməd Əsədullazadə bildirib.

Siyasi ekspert deyir ki, bu, İranın Azərbaycana qarşı qonşuluq siyasətinə, həmçinin rəsmi dini olan islam dəyərlərinə ziddir.

"İran işğalçı Ermənistana yardım etməklə, birbaşa islam ölkəsi olmadığını, dindən öz siyasi maraqları üçün istifadə etməsinin göstəricisidir. Göründüyü kimi,Tehran birbaşa Ermənistanın yanındadır.

İran yük maşınları açıq şəkildə Ermənistana silahlar daşıyır. Amma, rəsmi Tehran bunu yalan olduğunu qeyd edir. İyuldan başlayaraq İran həm hava, həm də quru vasitəsilə Ermənistanın silahlandırılmasını həyata keçirir."

Qeyd edək ki, Qarabağın işğaldan azad olunmasını İran regional təhlükəsizliyinə təhdid hesab edir. Güclü Azərbaycanı İran rejimi Cənubi Azərbaycan üçün təhlükə hesab edir. Ona görə də durmadan Ermənistanı silahlandırılmasında rol alır.

Hətta İran öz istehsalı olan hərbi sursatları əsasən, minamyot mərmiləri daxil olmaqla, digər hərbi sursatları pulsuz Ermənistana verir.

"Hərbi yüklərin daşınmasının video və şəkilləri ortadadır. Azərbaycan İran səfirini XİN çağırıb nota verməlidir. Rəsmi Tehrandan ciddi izahat tələb olunmalıdır. Əks təqdirdə, Azərbaycan İrana qarşı sanksiyalara qoşulmalı, İrandan Rusiyaya ixrac olunan malların daşınmasının qarşısını almalıdır.

Azərbaycan daima İranın müəyyən təhlükəsizlik maraqlarını diqqətə alıb və biz eyni həsaslığı Tehrandan da gözləyirik. ABŞ İran siyasətində yer almadı. Halbuki, Vaşinqton bununla bağlı Azərbaycana təzyiqlər edirdi. İranın hazırkı siyasəti Azərbaycana artıq ABŞ-ın siyasətində yer almasını labüd edə bilər.

Bundan sonra, Cənubi Azərbaycanla bağlı siyasətimizi ortaya qoymalıyıq."

İran Azərbaycana qarşı düşmənlə əməldə eyni cərgədədir. Cənubi Azərbaycanda yaşayan həmyerlilərimizi Ermənistana daşınan yüklərin qarşısını almağa, Tehrana qarşı etiraz etməyə çağırıram."

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə İrandan Ermənistana hərbi texnikanın daşınması ilə bağlı görüntülər yer almaqdadır.

Sözügedən foto, videolar İranda yaşayan soydaşlarımız tərəfindən çəkilib. Buna etiraz olaraq İrandakı azərbaycanlılar dünən gecə həmin texnikaları daşıyan avtomobilləri yandırıblar və daha sonra həmin hadisənin videolarını yayıblar.

Ermənistana hərbi texnikanın daşınması İslam həmrəyliyinə və qonşuluq, dostluq münasibətlərinə zidd olan addımlardır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR