"Qarabağ" ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsində!

"Qarabağ" Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, Ağdam klubu səfərdə Polşa "Legiya"sı ilə qarşılaşır.

Varşavanın "Voyska Polskoqo" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:00-da başlayıb.

Matçın 50-ci dəqiqəsində Patrik Andrade Ovusu Kvabenanın ötürməsindən sonra topu qapıya göndərib. Bu qolla "Qarabağ" hesabda önə keçib. Oyunun 62-ci dəqiqəsində komandamız Abdullah Zubirin qolu ilə hesabı artırıb. Qarşılaşmanın 70-ci dəqiqəsində Ağdam klubu daha bir qol vurub. Filip Ozobiçin dəqiq zərbəsi ilə hesab 0:3 olub. Bununla da "Qarabağ" ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsinə yüksəlib.

Qeyd edək ki, "Qarabağ" bu oyunda qalib gələcəyi təqdirdə, Avroliqanın qrup mərhələsinə yüksələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR