Operativ Qərargahın ikigünlük qadağası qüvvəyə mindi

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə tədbiq edilən qadağa qüvvəyə minib.

Metbuat.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Qeyd edilən müddət ərzində Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti də dayandırılır.

İctimai nəqliyyatda həftəsonu məhdudiyyətləri noyabrın 2-dək davam edəcək. Bu, adıçəkilən şəhərlərdə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunmasə ilə bağlıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR