Prezidentin köməkçisi ötən günkü müharibə cinayətlərinin statistikasını

Ermənistan Azərbaycanlı mülki vətəndaşlarına qarşı müharibə cinayətlərini davam etdirir.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O qeyd edib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:

- Tərtər - 423 mərmi

- Ağdam - 49 mərmi

- Ağcabədi - 24 mərmi

- Goranboy - 2 mərmi

- Naftalan/Goranboy - "Smerch" raketləri.

Tərtərdə 2 mülki şəxs həlak olub, biri yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR