Putin və Ərdoğan Qarabağı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları telefon danışığı zamanı Dağlıq Qarabağdakı mövcud vəziyyəti müzakirə ediblər.

Prezidentlər Qarabağ münaqişəsi ilə bağlı hər iki ölkənin hərbi, diplomatik və xüsusi xidmət orqanları arasında koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR