Kəlbəcəri tərk etməli olan ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər.Bu siyahıya hətta pəncərə çərçivələri, unitazlar belə daxildir.
Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə erməni vandallığının daha bir görüntüsü yayılıb. Görüntülərdə onların evləri yandırmaqdan əlavə apara bilmədikləri mal-qaranı da kəsdikləri görünür. Bu vəziyyəti şərh edən müxbir bildirir ki, ətrafda kəsilmiş ev heyvanlarının içalatları var.
Onlar artıq çürüməyə başladığından ərazidə kəskin pis qoxu yaranmağa başlayıb.