Ermənilər Kəlbəcərdə monastırı söküb aparırlar -

Mal qaranı kəsib, içalatlarını ətrafa atan, hələ bununla da kifayətlənməyib ağacları kəsib ekoloji böhran yaradan erməni vandallarının Kəlbəcərdə vəhşilikləri davam edir.

Metbuat.az xəbər verir ki, ermənilər Kəlbəcər rayonu ərazisindəki qədim tarixi abidə olan Xudavəng monastrını dağıtmağa və yağmalamağa başlayıblar. Onlar monastrda qədim əşyaları, əsərləri və digər qiymətli əşyaları Ermənistana daşımağa cəhd ediblər.

Məlumat üçün bildirək ki, bu monastır IX-XIII əsrlərdə Albaniya şahzadəsi Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunub. Kəlbəcərin işğaldan azad edilməsindən sonra ermənilər monastrdakı zəngləri, məşhur Alban Xudavəng monastırının xaç daşlarını və digər qiymətli əşyaları sökərək qeyri-qanuni olaraq Ermənistana aparırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR