Rusiya sülhməramlılarını daşıyan 20 təyyarə İrəvana gəldi -

Rusiya hərbi nəqliyyat aviasiyasının iki "An-124” "Ruslan” təyyarəsi və 18 "İl-76” təyyarəsi sülhməramlıları və zirehli texnikaları İrəvan hava limanına gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə "RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər yayıb

"Növbəti 18 Il-76 təyyarəsi və Rusiyanın Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının iki An-124 Ruslan təyyarəsi, Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı əməliyyatda iştirak etmək üçün Ermənistana göndərilən 15-ci sülhməramlı briqadanın avadanlığı və heyəti ilə, İrəvan şəhərinin aerodromlarına endi.

Rus hərbçiləri material, silah və hərbi texnika boşaltdılar "-deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün ərzində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri Ermənistana 58 texnika: zirehli personal daşıyıcıları, yoldan kənar yük maşınları, tankerlər, ekskavatorlar çatdırıblar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR