“Razılaşmanın bəndlərini dəyişdirmək mümkün deyil” -

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağa dair imzalanmış üçtərəfli razılaşmanın bəndlərini dəyişdirməyin mümkün olmadığını bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə Paşinyan yerli mətbuata müsahibədə bildirib: “Müddəaların dəyişdirilməsi hərbi vəziyyətin dəyişməsi deməkdir. Bu gün bu, real deyil”.

Paşinyan danışıqların aparılmasının vacibliyini vurğulayıb, sənəddə şərh tələb edən müddəaların olduğunu söyləyib.

O, həmçinin heç bir siyasi qüvvədən Qarabağa dair üçtərəfli razılaşmanı erməni tərəfi üçün daha faydalı hala gətirəcək təkliflər almadığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR