Ermənistan baş naziri Nikol Paşinyan istefa verməyəcəyini deyib.

Metbuat.az xəbər verir ki, O, gündəmdə belə bir məsələnin dayanmadığını açıqlayıb.

“Mənim baş nazir postundan istefa vermək fikrim yoxdur”.

Qeyd edək ki,Paşinyan həm də danışıqların aparılmasının vacibliyini vurğulayıb, sənəddə şərh tələb edən müddəaların olduğunu söyləyib.

O, həmçinin heç bir siyasi qüvvədən Qarabağa dair üçtərəfli razılaşmanı erməni tərəfi üçün daha faydalı hala gətirəcək təkliflər almadığını bildirib.

Mənbə:News.arm