''Hər şeyi yandırırq ki, türklərə qalmasın'' -

Ağdam bölgəsini tərk edən ermənilər evləri və dükanları yandırırlar.

Metbuat.az xəbər verir ki,10 il Azərbaycana məxsus Boyəhmədli kəndində yaşayan(Nor Haykadcur) mağazanın sahibi Armen adlı şəxs evini yandırmaqla kifayətlənməyib mağazasına da od vurub.

Armen deyir ki, burada yaşayan bütün ermənilər daşıya bildiklərini aparır geridə qalanlara od vurub yandırırlar.

Məlumat üçün bildirək ki, Azərbaycanın işğal altındakı Kəlbəcər bölgəsini tərk edən ermənilər evlərini də yandırdılar, meşələri, ticarət obyektlərini və elektrik stansiyasını yandırdılar.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri arasında imzalanan müqaviləyə əsasən, Ermənistan Kəlbəcər bölgəsini 2020-ci il noyabrın 15-dək Azərbaycana qaytarmalı idi, lakin bu müddət 25 Noyabradək uzadıldı. Ermənistan, həmçinin Ağdam rayonunu 20 noyabr, Laçın rayonunu isə 1 dekabr tarixinə qədər Azərbaycana qaytarmalıdır.

Mənbə:Spuntik Armenia



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR