Cavan və sağlam qalmaq istəyirsizsə, mütləq oxuyun (FOTO)

Cavan və sağlam qalmaq istəyirsizsə, mütləq oxuyun (FOTO)
11:41 18 Yanvar 2015
279 Sosial
Ölkə mətbuatı
A- A+

Təsadüfi ölümləri nəzərə almasaq uzun və sağlam ömür yaşamaq hər bir insanın öz əlindədir. Allah bizə elə nemətlər verib ki, dava-dərmana möhtac olmadan bu həyatı sürmək olar.

ANS PRESS insanı sağlam və hər yaşda cavan saxlayan bəzi təbii məhsulların siyahısını təqdim edir: Təqdim edəcəyimiz qidalar hipertoniya, piylənmə, diabet kimi orqanizmi korlayan bütün xəstəliklərin riskini azaldır. Əsas odur ki, gündəlik qida rasionuna tərəvəzlər, zülallar, doymamış yağlarla, liflər, vitamin və antioksidləşdiricilər daxil edilsin.

Brüssel kələmi - mütəxəssislər Brüssel kələmini bu siyahıya daxil edərək onun xərçəng riskini azaltdığını qeyd edirlər. Hamilə qadınların bu fol turşusunun mənbəyi olan tərəvəzi öz qida rasionuna mütləq salmalıdırlar. Bu, sinir sisteminin düzgün formalaşması və doğum qüsurlarının riskini azaltmaq üçün vacibdir. Vitamin C-nin əla mənbəyi, əsas antioksidant kimi, brüssel kələmi anaya al üz rəngini və üz dərisinin gözəlliyini saxlamaqda kömək edir. Onun lif tərkibi adətən hamilə qadınların üzləşdiyi qəbzlik probleminin qarşısını alır.
Prinsipcə, onu brokkoli, ağ baş kələm və ya rəngli kələmlə də əvəz etmək olar. Onların hamısı antioksidləşdiricilər, lif, vitamin və minerallarla zəngindirlər. Gün ərzində bu qidalardan ən azı 3-5 porsiya yemək lazımdır.


Qızılbalıq - daha çox losos kimi tanınan bu balıq növünün insan orqanizminə xeyri əvəzsizdir. Bu balıq zülal və ürək və əsəb sistemi üçün faydalı olan omeqa-3 yağ turşularının mənbəyidir. Onu sardina, siyənək, forel və ya paltus balıqları ilə əvəz etmək olar.


Badam - zülalla zəngin olan bu bitkinin tərkibində faydalı yağlar, maqnezium, sink var. Amerikalı tədqiqatçıların araşdırmasına əsasən məlum olub ki, badam qanda xolesterinin miqdarını aşağı salma xüsusiyyətinə malikdir. Tədqiqatda iştirak edən 25 iştirakçı 4 həftə ərzində 3 müxtəlif pəhriz tutublar. Kalorinin miqdarından asılı olmayaraq gündəlik rasionda badam yağının miqdarı artmağa başlayıb. Birinci pəhrizdə badam özünü büruzə verməyib. İkincidə artıq 10 % , axırıncıda isə 20% artım hiss olunub. Nəticələr belə idi: menyuda nə qədər çox badam olarsa, qanda xolestrinin miqdarı bir o qədər aşağı düşür. Sonuncu mərhələdə iştirakçılar gün ərzində təxminən 70 qr badam yeyirdilər.

Badam omeqa 3 qaynağıdır, tərkibindəki E vitamini şəkər xəstəliyi riskini azaldır, sümükləri möhkəmləndirir. Tərkibindəki kalsium sümük əriməsinin qarşısını alır, maqnezium isə baş ağrısı, yuxusuzluq, yorğunluq, baş gicəllənməsinin qarşısını alır. Həftədə ən azı 5 ədəd badam yeyənlərdə ürəklə bağlı narahatlıqlara daha az rast gəlinir. Badamdakı yağlar xolestrolu azaldır, immuniteti gücləndirir. Böyümə, inkişaf, həmçinin hamiləlik vaxtı lazım olan vitaminlərlə zəngin olan badam dad və iybilmə qabiliyyətini artırır. Badamı püstə və qozla asanlıqla əvəz etmək mümkündür. Qeyd etmək vacibdir ki, bu məhsullar gündə 25-30 qramdan çox yeyilməməlidir.


Qatıq və kinoa (kinva-yarma) əsl superməhsullardır. Birincisi, kalsium, zülal, D vitamini, probiotik bakteriyalarla zəngindir ki, bu da sümüklər, əzələlər və həzm üçün faydalıdır. Gün ərzində 1-2 porsiya yeyilməlidir. Kinoa, öz növbəsində, orqanizmi sellülozun, kalsium və dəmirin bir günlük norması ilə təmin edir və gündə yarım fincan yemək olar.


Qatığın qida dəyəri südə görə daha yüksəkdir. Mühüm protein, yağ, vitamin və mineral mənbəyidir. Fermentləşdirmə zamanı laktozanın bir hissəsi hidrolizə olduğu üçün həzmi asandır. Qatıq yuxunu yaxşılaşdırır, xolesterolu aşağı salır. Qatığı səhərdən axşama qədər günün bütün saatlarında yemək olar. Qatıq həmişə suyu ilə birlikdə yeyilməlidir. Çünki, vitaminlər daha çox qatığın suyundadır. Qatığın şəkər xəstələri üçün də faydaları çoxdur. Ancaq şəkər xəstələrinə verəcəyiniz qatıq turş olmamalı və qaymağı alınmalıdır.


Yaşıl çay özünün unikal xassələri ilə çoxdan məşhurdur. O, güclü antioksidləşdirici və ürək-damar sistemi üçün bir növ xilasdır. Tədqiqatlar göstərir ki, gün ərzində 5 fincan yaşıl çay sağlamlığı həqiqətən möhkəmlədir. Çayla yalnız qaragilə müqayisə edilə bilər. Antioksidləşdirici antosian maddəsi ona xarakterik rəng verir. Buna görə də, ümumiyyətlə, bütün əlvan rəngli giləmeyvələr faydalıdır.
Alimlər yaşıl çayın tərkibindəki kimyəvi maddədən dəri xərçənginin iki növünün müalicəsində istifadəsini mümkün hesab edirlər. Alimlərin apardığı təcrübələr göstərib ki, yaşıl çayın tərkibindəki epiqallokathin qallat maddəsi xərçəng hüceyrələrinin inkişafını zəiflədir. Xərçəng xəstəsi mütəmadi şəkildə yaşıl çay içərsə xərçəng hüceyrələri nəzərəçarpacaq dərəcədə azalır və ya tamamilə məhv olur. Habelə yaşıl çay xolesterinin ümumi göstəricilərini və "pis xolesteri"nin səviyyəsini başqa vasitələrlə müqayisədə 5-6 vahid çox azaldır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=320300

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR