Erməni əsgər anaları HARAY ÇƏKDİLƏR-

Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında Qarabağda hərbi xidmətdə olan əsgərlərin valideynləri etiraz aksiyası keçirib.

Metbuat.az sputnik armeniya-ya istinadən xəbər verir ki, hökumət binasının qarşısında baş tutan aksiyada iştirakçıların əsas tələbi Ermənistanın işğalı altında olan torpaqlar Azərbaycana qaytarılana və dövlət sərhədi bağlananadək övladlarının evə buraxılmasıdır.

“Biz Laçının dekabrın 1-də təhvil veriləcəyini eşitmişik. Ona görə də övladlarımızın indi qaytarılmasını istəyirik. Çünki bundan sonra bizim övladlarımızın da taleyinin döyüşdə iştirak edənlərinki kimi olmayacağına təminat yoxdur.”

Başqa bir valideyn, övladının itkin düşməsini və ya düşmən tərəfindən əsir götürülməsini istəmədiyini qeyd edərək səlahiyyətlilərə vaxtında cavab verməyə çağırıb.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR