“Oyunda o qədər maskalar varki. Çünki, maşın ətrafında insanlar bir söz deyir, səs vermədə başqa, oyunda bir, oyundan sonra isə bir başqa fikir səsləndirirlər. Orada mənim dostlarım da var. Amma məni özümdən çıxaran oyunçuların hər dəfə başqa söz danışmaqları və razılaşmanın üstündə durmamaları idi. Bəzi iştirakçılar çox qeşəng oyun oynadılar. Heç mənə imkan vermədilər ki, sözümü deyim”.
Verlişin aparıcısı Elgiz Əkbər stilist Anarla müğənni arasında yaranan konfiliktin əsas məğzini öyrənmək istəsə də, R.Axundov "Maşın"dakıların iç üzünü efirə çıxarmaq istəmədiyini deyib. O, bunu özünə yaraşdırmadığını qeyd edib.
Qeyd edək ki, “Maşın” şounun finalında müğənnilər Xatirə İslam, Samir Cavadzadə və meyxanaçı Rəşad Dağlı mübarizəni davam etdirir.