“Paşinyan müharibənin ilk günlərində “Lavrov planı”nı qəbul etməli idi” -

Nikol Paşinyan baş qərargah rəisinin hesabatından dərhal sonra "Lavrov planı"nı qəbul etməli və müharibəni başlanğıcdan dayandırmalı idi.

Metbuat.az xəbər verir ki, bunu "5-ci kanal”a müsahibəsində Ermənistanın ikinci prezidenti Robert Koçaryan deyib.

Onun sözlərinə görə, müharibənin dördüncü günü Onik Qasparyanın müharibəni bitirməyin zəruriliyi ilə bağlı məlum hesabatından sonra Azərbaycan cəmi 3-4 kilometrə qədər irəliləmişdi, erməni tərəfinin təxminən 500 nəfər itkisi var idi. Məhz onda Nikol Paşinyan müharibəni dayandırmalı idi.

"Ancaq müharibə 44-cü gündə dayandırıldı. Bir neçə min itki ilə. Generallar məğlubiyyətin qaçılmaz olduğunu söylədikdə müharibəni niyə dayandırmadığını anlaya bilmirəm".

Koçaryan əmindir ki, əgər hakimiyyət əvvəldən xalqa müharibənin və itkilərin həqiqi miqyasını təqdim etsəydi, heç kim Paşinyanı ərazilərin təslim olması halında xəyanətdə günahlandırmazdı. Ancaq yalan üzərində qurulan təbliğat ölkə üçün ölümcül oldu.

Üstəlik, Köçəryan inanır ki, o, ölkənin lideri olsaydı, Qarabağda müharibə olmazdı: "Əgər mən lider olsaydım müharibə olmazdı. Diplomatik axmaqlıq baş verməzdi".(Azvision.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR