Paşinyanın SENSASİON PLANI -

Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyanın baş nazir vəzifəsinə namizəd ola biləcəyi düşünülür.

Metbuat.az xəbər verir ki, bu haqda Politik.am nəşri məlumat yayıb. Nəşr bildirir ki, A.Akopyan özü bir çox vacib məsələ barədə qərar verir və Paşinyan onun xəbəri olmadan vacib qərarlar vermir. Paşinyandan fərqli olaraq Annanın döyüşməsi və silahlı bir dəstəyə rəhbərlik etməsi də vacib məsələdir.

Anna Akopyanın parlamentin hökumətyönlü deputatları üzərində də böyük təsiri var.

Xatırladaq ki, bir gün əvvəl Azat Arşakyan saytların birində belə demişdi: "Bir araya gəldiniz, Nikolu qovdunuz, ancaq Anna Akopyan seçilsə, nə edəcəksiniz?" – deyə erməni nəşri yazır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR