“Vətən yaxşıdır” mahnısının “Xudayar təsnifi” adlandırılmasına xeyir-dua verildi -

Xalq artisti Əlibaba Məmmədov müəllifi olduğu “Vətən yaxşıdır” nəğməsinin “Xudayar təsnifi” adlandırılmasına xeyir-dua verib.

Metbuat.az “publika.az”a istinadən xəbər verir ki, bu barədə xanəndə “ATV Səhər” verilişində danışıb. O bildirib ki, nur üzlü şəhidimiz Xudayar Yusifzadənin xatirəsinə ehtiram əlaməti olaraq nəğmənin adının dəyişdirilməsinə razıdır:

“O adam qanı və canı ilə bizə qulluq edib. Mahnının 60 yaşı var, Allah ona rəhmət eləsin, gözəl insandır, gözəl də oxuyub”.

Xalq artisti Mənsum İbrahimov da qeyd edib ki, bu, qəhrəman şəhidin adının əbədiləşdirilməsi üçün gözəl fikirdir.

Qeyd edək ki, mahnının sözləri qəzəlxan Əliağa Vahidə aiddir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR