Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları YAŞAT Fonduna 200 min manat məbləğində vəsait ianə edib.
Bu barədə Metbuat.az-a Komitədən bildirilib.
Xatırladaq ki, YAŞAT Fondu ölkə Prezidentinin “Ərazi bütövlüyünün müdafiəsilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” 8 dekabr 2020-ci il tarixli fərmanına əsasən yaradılıb.