x
Loading...

"Onlar gəlirlər, onlar gəlirlər" - Arayikin Şuşa ilə bağlı sensasiyalı səs yazısı / VİDEO

.

Separatçı rejim rəhbəri Arayik Arutyunyanın qalmaqallı səs yazısı yayılıb.

Metbuat.az xəbər verir ki, erməni mətbuatında dərc edilən məqalədə mətbuat katibi Vəhram Poqosyanın Şuşanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsindən dərhal sonra polislərdən birinin Arayik Arutyunyanla telefon danışığını əks etdirən səs yazısını yayımlayıb. Arayikin telefonda Şuşanın biabırçı şəkildə əldən getməsi, döyüşlər zamanı Ermənistanın qondarma rejimə hərbi yardım etməməsindən narazılıq edir.

Səs yazısında olan dialoqdan kiçik bir hissəni təqdim edirik:

Kimisə: Dünən zəng etdim, dedim yuxarı doğru bir kalon gedir və onlar birbaşa Şuşaya qalxdılar. Amma hamı susur, heç kim heç nə etmir...

Arayik: Heç bir şey qalmadı, hər şey bitdi. Nə edim? Artileriya yoxdur, heç nə qalmayıb. Artıq Şuşaya qədər gəliblər.

Ara, səni oradan alsalar, onlarla birlikdə gedək. Onlara izah edək ki, hamını oradan çıxaracağıq, Nikola, arvadı, hamısını...

Kimsə: Onik nə deyir?

Arayik: Təxminən 26 gündür öndən vurub arxadan keçə bilirlər. Orada 42 nəfər var, 42 nəfərlə necə müqavimət göstərə bilərsən? Utanc verici bir vəziyyət

Kimsə: Əsas odur ki, topçular var. Piyada qoşunları ilə nəyisə müdafiə etmək çətindir.

Arayik : Gəlirlər, gəlirlər. Şuşiyə çatıblar.

Bundan sonra artileriyadan harada istifadə edə bilərik? Onları Xankəndinə buraxıb deyim ki, ''biz hamımız şad olduq, xalq şad oldu, xoş gəldiniz?

“Teleqram” kanallarına naməlum şəxslər tərəfindən ötürülən gizlin yazılmış telefon danışığı ilə bağlı qeyd edilir ki, həyəcanlı şəkildə "onlar gəlirlər, onlar gəlirlər" deyib təkrarlayan şəxs Şuşada olan separatçı komandirlərdən biridir.

Həmçinin səs yazısında Arayik Arutyunyan aciz şəkildə deyir ki, artıq 10 gündür Ermənistandan kömək istəyir, müraciətlərinin heç bir nəticəsi yoxdur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR