Rusiyanın bütün regionlarına koronavirus əleyhinə peyvənd preparatları çatdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko məlumat verib. Onun sözlərinə görə, 2 229 təşkilat əhalinin koronavirusa qarşı peyvənd edilməsində iştirak edəcək. Ölkə üzrə 90-dan çox təşkilat peyvənd preparatının qəbulu və paylanması ilə məşğuldur.

Nazir bildirib ki, 28,5 nəfər artıq peyvənd olunub.

Xatırladaq ki, Rusiyada COVID-19 qarşı “Sputnik-V” və “EpiVakKorona” peyvəndləri işlənib hazırlanıb.