"Sülhməramlıların Qarabağda mühasirəyə düşməsi yalandır"-

"Rusiya sülhməramlılarının Qarabağda mühasirəyə düşməsi haqqında yayılan məlumatlar yalandır".

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Tərəflərdən birinin Dağlıq Qarabağda Rusiya sülhməramlılarını mühasirəyə alması ilə bağlı yayılanlar yalan məlumatlardır. Sülhməramlılarımızın Dağlıq Qarabağda istər müşahidə məntəqələrində, istərsə də atəşkəsə riayət olunmasına nəzarət prosesində nizamlı formada tapşırıqları yerinə yetirir".

Qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin qərargahı Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargahı ilə fasiləsiz olaraq qarşılıqlı əlaqədə olur, o cümlədən baş verə biləcək hadisələrin qarşısını alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR