Bakı, 27 may, Nihat Budaqov, AZƏRTAC
İzmirdə inşa olunan “Petlim” limanı bu ilin payızda istifadəyə veriləcək. “Petkim” neft-kimya holdinqinin yenidən qurulması və “Star” neft emalı zavodu layihələri üzrə işlər isə sürətlə davam edir.
AZƏRTAC xəbər verir ki, Türkiyə KİV-lərinə müsahibə verən “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz Trans-Anadolu qaz boru kəmərinin – TANAP 2018-ci istifadəyə veriləcəyini, “Petkim” neft-kimya holdinqinə qoyulan və bundan sonra da nəzərdə tutulan investisiyalar ilə şirkətin rəqabət qabiliyyətliyinin artacağını deyib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin ən böyük xarici investoru olduğunu qeyd edən K.Yavuz bildirib ki, 1923-ci ildən 2003-ci ilə kimi bu ölkəyə qoyulan xarici sərmayənin miqdarı 15 milyard dollar olub. Lakin bu gün SOCAR Türkiyəyə 20 milyard dollardan çox investisiya qoyur. Bu sərmayələr Türkiyə ilə Azərbaycanın strateji ortaqlığı və iki ölkə liderinin siyasi iradəsi ilə həyata keçirilir.
SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.