.

Gorusun meri saxlanıldı

.

Ermənistanın hüquq-mühafizə orqanları Gorus şəhərinin meri Aruş Aruşanyanı saxlayıb.

Metbuat.az xəbər verir ki, bunu müxalif “Veto” ictimai-siyasi hərəkatının lideri feysbukda yazıb.

Qeyd edək ki, bu gün Ermənistan baş naziri Nikol Paşinyanın Gorus şəhərinin yerləşdiyi Sünik vilayətinə səfəri gözlənilir. A.Aruşanyan onun vilayətə girişinə əngəl olmaq üçün sakinlərə çağırış edərək onları “Sünikin Qapıları”na toplayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR