Koronavirusa tutulan kafedra müdiri evində öldü -

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kafedra müdiri Zaur Hümbətov bu gün yaşadığı evdə dünyasını dəyişib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, pedaqoq sabah saatlarında keçinib. İlkin məlumata görə, mərhum ürək çatışmazlığından dünyasını dəyişib.

Bundan əlavə o, koronavirus infeksiyasına yoluxduğu üçün bir müddət idi ki, ev şəraitində müalicə alırdı.
Məlumat üçün bildirək ki, Z.Hümbətov ADAU-nun biologiya kafedrasının müdiri olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR