Adamı dəhşətə gətirən erməni işgəncələri - SİYAHI

.

Azərbaycanlılara işgəncə verən ermənini 10 il həbs cəzası gözləyir

Metbuat.az məlumat verir ki, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə təqdimat təmin edilib və Lüdviq Mkrtçyan barədə həbs-qətimkan tədbiri seçilib. Ermənistan tərəfində əsir olan azərbaycanlı əsirlərə işgəncə verməkdə təqsirləndirilən Lüdviq Mkrtçyana Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə ittiham verilib.

“Azerbaijan Armed Forced” Telegram-kanalı bildirir ki, Lüdviq Mkrtçyan hələ birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusunun əsir alınmış hərbçilərinə və mülki şəxslərə işgəncələr verib. Əsirlikdən azad edilmiş şəxslərin ifadəsi əsasında 2000-ci ildə Azərbaycan Hərbi Prokurorluğu onun barəsində cinayət işi qaldırıb və barəsində axtarış elan edib.

Bu hərbi cani ikinci Qarabağ müharibəsində ordumuz tərəfindən sağ ələ keçirilib. Belə ki, 2020-ci il sentyabrın sonlarında Azərbaycan Ordusu döyüşlərdən birində Lüdviq Mkrtçyan da daxil olmaqla, bir qrup erməni hərbçisini əsir götürüb. Əsirlər barədə araşdırma aparılarkən onlardan birinin-Mkrtçyanın kimliyi üzə çıxıb. İstintaq zamanı o, azərbaycanlılara amansız işgəncələr verdiyini etiraf edib. Habelə Mkrtçyanın qurbanlarından bir neçəsi-vaxtilə əsirlikdən azad edilmiş şəxslər üzləşdirmə zamanı onu tanıyıblar. Nəticədə erməni hərbi cani ədalət mühakiməsinin caynağına keçib.

Ermənistan vətəndaşı Mkrtçyan Lüdviq Mkrtçoviç həbs edilib - YouTube

Lüdviq Mkrtçyan

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Lüdviq Mkrtçyan əsirlikdən qayıdan soydaşlarımızın izahatları, ifadələri əsasında həbs olunub: “Əsirlər onun və bu gün axtarışda olan onun kimilər barəsində elə dəhşətli ifadələr verib ki, oxuyanda bunu insan etdiyinə inanmır. İşgəncə Qurbanlarının Müdafiəsi Təşkilatı hazırda dünyada daha çox yayılmış və müxtəlif vaxtlarda bir neçə dəfə tətbiq edilmiş işgəncə növlərinin siyahısını tərtib edib. Ermənilərin azərbaycanlılara qarşı etdikləri siyahıdan 2 dəfə çoxdur. Əsirlikdə olan Azərbaycan vətəndaşları dəhşətli işgəncələr və mənəvi əzablara məruz qalıblar. Əsirlikdən azad olunmuş vətəndaşlarımızın şahid olduqları hadisələr dözülməz və danılmazdır". Hüquqşünas deyib ki, Mkrtçyanın ittiham olunduğu maddə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü maddəsi işgəncə adlanır. Tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar verməyə görə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lüdviq Mkrtçyan aydındır ki, həmin əməlləri qrup şəklində törədib və 1 nəfərə qarşı deyil, əsir götürülən qız, gəlin, ahıl, uşaq demədən hər kəsə qarşı edib. Ona istintaq dövründə əlavə ittihamlaırn veriləcəyi də gözləniləndir.

Hüquqşünas bildirib ki, Mkrtçyan üzərində məhkəmə açıq şəkildə aparılmalı və məhkəmə prosesinə beynəlxalq təşkilatların nümayəndələri də dəvət edilməlidir.

Bir müddət əvvəl işgəncələrlə bağlı hesabatı təqdim edilib. Ermənilərin işgəncə növlərinin yazıla biləcəkləri qısaca belədir:

Odda yandırmaq:

Bir neçə əsiri, qollarından hündürdən asaraq, ayaqları altında tonqal qalamaq, isti suda diri-diri yandırmaq, quyuya ataraq üstünə dizel, yaxud benzin tökərək yandırmaq, dəmir boruya salıb oda atmaq, taxtaya bağlayıb od vurmaq və sairə formada yandırmaq.

Qurban kəsmək:

Ermənilər əsir düşən azərbaycanlıları bayramlarında, ölən əsgərlərinin və yaxınlarının məzarlarının üstündə qurban kəsirdilər. İlk olaraq dəyənək və zopa ilə döyüb, sonra qollarını yana açaraq əvvəl birini, sonra da o birini balta ilə kəsib, sinəsini yararaq ürəyini çıxardırdılar. Xəncər və balta ilə bir dəfəyə əsirin boynun vurmaqdan mərcə girənlər, tam boynu kəsilməyən əsirlərin xırıltı ilə ölümünə baxırdılar.

Mismarlamaq:

Əsirlərin əllərini və ayaqlarını taxta parçasına mismarlayır, başlarına mıx vururlar. Ən “sevimli” oyunları əsirin əllərini ağaca bağlayır və pnevmotik mismar vuran aparatla onun beynini, gözünü, ürəyini nişan alırdılar.

Bayraq öpmə:

Erməni və Azərbaycan bayrağını asır, günlərlə ac qalan əsirləri öz bayraqlarını öpməyə və Azərbaycan bayrağına tüpürməyə məcbur edirdilər. Əməl etməyəni döyür, qolunu-qıçını sındırırdılar.

AZƏRBAYCANLI MÜLKİ ƏSİRLƏRƏ VERİLƏN ERMƏNİ İŞGƏNCƏLƏRİ

Şüşə və mıx yemə:

Əsirləri ac saxlayır və onları şüşə, mıx, digər dəmir parçaları yeməyə məcbur edirdilər. Sağ qalana yemək verir, öləni isə ayaqyoluna atırdılar.

İt əvəzinə saxlamaq:

Əsirləri imkanlı ermənilər alıb öz bağlarında, evlərində it damında saxlayır, boğazlarına zəncir taxır və it kimi durmağa və hürməyə məcbur edirdilər. Bəzən “it döyüşü” keçirir və mərcə girirdilər. Etiraz edəni döyüb, oda atırdılar.

İtlərə yem etmək:

Əsirləri sıraya düzür, hasara çəkilən əraziya salır və təlim keçmiş itləri onların üstünə buraxırdılar. İtlər əsirləri parça-parça edirdi.

Diş çıxarma:

Onların qızıl dişini kəlbətinlə dartıb çıxardır, yaxud da avtomatın qundağı ilə döyərək sındırırdılar. Əsirləri Azərbaycan meyitlərinin ağzından qızıl dişlərini çıxartmağa və qəbirləri açdıraraq ölmüş insanların ağızlarındakı qızıl dişləri onlara gətirməyə məcbur edirdilər.

İynə:

Əsir düşənlərin bədənlərinə benzin, dizel, spirt və digər naməlum tərkibli məhlullar vuraraq onları şikəst edirdilər.

Kəndirlə bağlama:

Əsirin ayaq hissəsi ilə boyun hissəsini iki qatlayaraq bağlayır və əsir ikiqatlanmış halda 24 saat durmağa məcbur edilirdi.

Qutuya salmaq:

Əsirlər xırda sandıq və qutulara salınır, orada 3 gün qalmağa məcbur edilirdi.

Yaralılara əzablar:

Əsir düşən yaralı əsirlərin yarası üzərinə kislota, benzin, qaynanmış yağ və sairə tökürdülər. Ağrı törətmək və ya təcrübə məqsədilə cərrahiyyə əməliyyatı aparırdılar.

Göz çıxartma:

Qızdırılmış əsgər bıçağı ilə əsirlərin gözləri çıxardılır və itlərə yem edilirdi.

Qorxu:

Qadın və uşaqların üzərinə ilanlar, hörümçəklər, siçanlar və sairə heyvan və həşəratlar salır, onların qorxu və qışqırtılarına baxır ,əylənirdilər.

Asmaq:

Əsiri qaldırıcı kranla boğazından asır, bir az saxlayıb yerə endirir və bu formada gün ərzində “əylənirdilər”.

Saçlarından asılmaq:

Qadın və qızları saçlarından otağın ortasından lüt formada asır və onun bədəninə tüpürürdülər.

Baş presi:

Əsirin çənəsi düz bir yerə qoyulur və başının üzərindən dəmir bir kəmər keçirilir. Yavaş-yavaş sıxışdırılan əsirin əvvəl dişləri qırılır, ardından da bütün baş əzilir.(Yeni Musavat)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR